Azərbaycan Respublikasında koronavirusa yoluxanların sayı 602-yə çatıb. Onlardan 547 nəfərinin paytaxt Bakı və digər bölgələrdə, 17 nəfərinin isə Naxçıvan Muxtar Respublikasındakı xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Teleqraf.com xəbər verir ki, ümumilikdə, Bakı və bölgələr üzrə indiyə qədər 584 nəfərin, Naxçıvan Muxtar Respublikasında isə 18 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Bakı və bölgələrdə yoluxanlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib. Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş şəxslərdən isə 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Naxçıvan Muxtar Respublikasında isə 1 nəfər sağalaraq evə buraxılıb.
Ümumilikdə, aprelin 5-dək Azərbaycan Respublikası üzrə 45 383 test aparılıb. Bakı və bölgələr üzrə 44 753, Naxçıvan Muxtar Respublikasında isə 630 test aparılıb.
Hazırda Azərbaycanda tətbiq olunan karantin rejiminə uyğun olaraq 2 896 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Onlardan 536-sı ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir.
***
11:17
“Ölkəmizdə tətbiq olunan karantin rejiminə uyğun olaraq 2896 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Onlardan 536-sı ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir".
Teleqraf.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu günə qədər muxtar respublikada 630 şübhəli şəxsdə test yoxlamaları aparılıb. Təkrar test yoxlamalarının nəticələrinə əsasən 18 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 1 nəfər sağalaraq evə buraxılıb. Virus aşkarlanan digər 17 nəfərin xüsusi rejimli xəstəxanada müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur.