Koronavirusun diaqnozu və müalicə üsulları haqqında məlumat dünya miqyasında daim dəyişir və yenilənir. Xəstəliyin əsas əlamətlərindən biri kimi qızdırma qeyd olunurdu.
Teleqraf.com xəbər verir ki, mütəxəssislər qızdırmanın koronavirusu müəyyənləşdirməkdə başlıca vasitə sayılmadığını iddia edirlər. Onların fikrincə, öskürək və nəfəs çatışmazlığı əsas əlamətlərdir.
Türkiyəli mütəxəssis Fatih Çiftçi koronavirusla bağlı yeni vəziyyətin yarandığını təsdiq edib. Onun sözlərinə görə, hazırda temperaturu yuxarı olan hər xəstə test edilimir: "Öskürək və tənəffüs çətinliyi hərarət simptomunu üstələyib".
Əvvəlki elmi araşdırmalara görə, bədən temperaturu 37.3-dən yuxarı olan xəstələrin hamısında koronavirus qeydə alınmışdı. Lakin 38 yaşdan yuxarı reanimasiyaya gedən xəstələrdə qızdırmanın olmadığı aşkarlanıb.