65 yaşdan yuxarı şəxslərin kart ödənişindən istifadəsi tövsiyə olunur. Hər yerdə bu imkan yaradılıb.
Teleqraf.com xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib: "Əgər bu şəxslər tənhadılarsa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlara kömək edilir. Onlar evdən çıxmadan təqaüdlərini ala bilərlər".
O bildirib ki, tədbirlər planında kiçik və orta sahibkarlara kömək də nəzərdə tutulur: " İşsizlərə 190 manat ödənilir. Əgər onların övladları ali təhsil alırsa, təhsil haqqı ilə bağlı da köməklik olunacaq. Bu, aprelin 20-dək nəzərdə tutulur".