8 Aprel 2020 18:44
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həm bizim təcrübəmiz, həm qonşu ölkələrin təcrübəsi göstərir ki, xəstəliyi yayanlar simptomu göstərməyən xəstələrdir.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın mətbuat konfransında deyib.

"Sosial izolyasiya qaydalarına əməl etmək bu riskin aradan qaldırılmasına kömək edəcək. İnkubasiya müddəti 14-21 gündür, buna görə insanlardan diqqətli olmağı xahiş edirik. Bu, yoluxma hallarının kəskin şəkildə azalmasına kömək edəcək", - o bildirib.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər