9 Aprel 2020 13:40
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız bəşəriyyəti bürüyən bu bəladan Azərbaycan xalqının xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Teleqraf.com Prezidentin saytına istinadla dövlətimizin başçısına ünvanlanan bir sıra məktubları təqdim edir.

Lerik rayon sakini, Qarabağ müharibəsi qazisi Üzeyir Məmmədov Azərbaycan xalqına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edərək yazır: “Möhtərəm cənab Prezident, bu gün bu çətin zamanda Sizin xalqımıza dəstək olmağınız bəşəriyyəti bürüyən bu bəladan xalqımızın xilas olması üçün göstərdiyiniz diqqət və qayğı bizi çox sevindirir. Xalqa bu virusdan qorunmaqla bağlı etdiyiniz müraciətlər, Sizin həmişə öz xalqınızla birlikdə olmağınız bizi daha da ruhlandırır. Sevinirik ki, rəhbərimiz öz xalqına bu qədər diqqət ayırır. İnanırıq ki, bəşəriyyəti bürüyən bu bəladan birlikdə uğurla çıxacağıq. Bu gün rayonumuzda da küçələr, fərdi evlər mütəmadi olaraq dezinfeksiya edilir. Aztəminatlı ailələrə tez-tez baş çəkilir, ehtiyacı olanlara ərzaq yardımı edilir. Xəstəxanalar əhaliyə fasiləsiz xidmət göstərir.

Cənab Prezident, bütün bu işlərə görə Sizə təşəkkür edirik. Biz, Qarabağ qaziləri hər zaman Sizin ətrafınızda sıx birləşmişik və bütün işlərinizdə Sizə yaxından kömək etməyə hazırıq”.

Xocavənd rayonunun Qaradağlı kəndinin sakini Əbülfət Əliyev son vaxtlar dünyada geniş vüsət almış yeni koronavirus pandemiyasının Azərbaycanda qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlərin Xocavənd ictimaiyyəti tərəfindən də son dərəcə müsbət qarşılandığını bildirir. O yazır: “Möhtərəm cənab Prezident, insanların bu öldürücü virusla üz-üzə qaldığı bir vaxtda Siz öz vətəndaşlarınızın yanında olduğunuzu bir daha göstərdiniz. Sizin təşəbbüsünüzlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və Siz bir illik əməkhaqqınızı həmin fonda köçürdünüz. Həmçinin Siz xəstəliyin geniş yayılmaması üçün xalqa müraciət edərək, bu çətin günlərdə hamını bir olmağa, karantin qaydalarına əməl etməyə çağırdınız. Sizin hər kəsə göstərdiyiniz diqqət və qayğı biz vətəndaşları ürəkləndirir və Sizin hər bir vətəndaşın Prezidenti olduğunuzu bir daha sübut edir.

Cənab Prezident, biz azərbaycanlılar birlikdə çox sınaqlardan çıxmışıq. İnanırıq ki, bu çətinliyi də birlikdə dəf edəcək, tezliklə yenidən firavan həyata qovuşacağıq. Bu çətin günlərdə xalqa dəstək olduğunuza görə xocavəndlilər adından Sizə minnətdarlığımızı bildiririk”.

Müstəqil Azərbaycan Respublikasının gündən-günə çiçəklənməsi, insanların rifah halının yüksəldilməsi istiqamətində dövlətimizin başçısının atdığı addımların təqdirəlayiq olduğunu vurğulayan Gəncə şəhər sakini İlkin Cavadov yazır: “Cənab Prezident, dünyada kütləvi hal alan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər, əhalinin sağlamlığının qorunması üçün gördüyünüz işlər biz gəncəlilər tərəfindən də yüksək qiymətləndirilir. Bu çətin günlərdə dövlətimiz, xalqımız üçün göstərdiyiniz fədakarlıq, yorulmaz səyləriniz bir gənc olaraq məni çox qürurlandırır və Azərbaycan boyda böyük bir ailənin qayğısını çəkdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm”.

Ağcabədi rayon sakini Əlizadə Nəcəfov isə Azərbaycan Prezidentinə minnətdarlığını aşağıdakı fikirlərlə bildirir:

“Çox hörmətli Prezidentimiz, son günlər dünyada geniş vüsət almış yeni koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində gördüyünüz qabaqlayıcı tədbirlər Ağcabədi rayonunun ictimaiyyəti tərəfindən də son dərəcə müsbət qarşılanır. Ağsaqqallarımız, ziyalılarımız və müvafiq yerli icra strukturları Sizin rəhbərliyinizlə bu istiqamətdə həyata keçirilən təxirəsalınmaz tədbirləri, xüsusilə də insanların sağlamlığının qorunmasının əsas məqsəd kimi qarşıya qoyulmasını sakinlərə çatdırırlar. Zaman bir daha göstərdi ki, Prezidentimiz həmişə olduğu kimi, bu çətin günlərdə də xalqımızın yanındadır.

Cənab Prezident, Ağcabədi rayonunun əhalisi də Sizin təşəbbüsünüzlə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürür, “Evdə qal!” və digər çağırışlarınıza ciddi əməl edirlər.

Möhtərəm cənab Prezident, bu ağır günlərdə biz ağcabədililər Sizin çağırışlarınıza qoşulur, əmin olduğumuzu bildiririk ki, inşallah, xalqımız Zati-alinizin müdrik rəhbərliyi ilə bu sınaqdan da zəfərlə çıxacaq. İnanırıq ki, tezliklə ölkəmizdə həyat öz əvvəlki axarı ilə davam edəcəkdir”.

Prezidentə minnətdarlıq edən Lerik rayonunun Çayrud kəndinin sakini Seyran İsmayılov dövlətimizin başçısının gördüyü qabaqlayıcı tədbirlər nəticəsində pandemiyanın ölkəmizə təsirinin minimum həddə olduğunu yazır: “Bu gün bəşəriyyəti koronovirus adlı bir fəlakət cənginə alıb. Hər gün minlərlə can almaqda davam edən bu pandemiya, təəssüf ki, doğma Azərbaycanımızdan da yan keçmədi. Amma Sizin gördüyünüz qabaqcıl tədbirlər nəticəsində pandemiyanın ölkəmizə təsiri minimum həddədir. Ardıcıl verdiyiniz sərəncam və göstərişlər Azərbaycan vətəndaşının təhlükəsizliyinə və sağlamlığının qorunmasına hesablanmış addımlardır. Bununla bir daha təsdiq etdiniz ki, Siz hər bir azərbaycanlının Prezidenti olaraq bizim yanımızdasınız. Xalqımız bir daha əmin oldu ki, dövlətimiz etibarlı əllərdədir.

Cənab Prezident, əmin ola bilərsiniz ki, biz də Sizin ətrafınızda sıx birləşərək verdiyiniz sərəncam və tapşırıqları yerinə yetirməyə həmişə hazırıq. İnanırıq ki, məhz Sizin uzaqgörən siyasətiniz nəticəsində hər sahədə qələbə qazandığımız kimi, çox qısa zamanda bu pandemiyaya da qalib gələcəyik, ölkəmiz bu fəlakətdən minimum itkilərlə çıxacaq.

Cənab Prezident, Sizə yaşadığım ərazinin əhalisi adından Azərbaycan vətəndaşının sağlamlığı naminə gördüyünüz qabaqlayıcı tədbirlərə görə minnətdarlığımı bildirirəm. Sizə Allahdan möhkəm cansağlığı, işlərinizdə bol-bol uğurlar arzulayıram”.

Bakı şəhəri Qaradağ rayonunun sakini Zaur Allahverdiyev Azərbaycan dövlətinin dünyada geniş şəkildə yayılan koronovirus pandemiyası ilə mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ilkin mərhələdə uğurlar əldə etdiyini və bu gün də digər ölkələrlə müqayisədə Azərbaycanda vəziyyətin daha əlverişli olduğunu qeyd edir. “Buna baxmayaraq, Azərbaycan bütün lazımi tədbirləri görməkdə davam edir. Xaricdən gələn Azərbaycan vətəndaşları karantinə yerləşdirilib. Karantin üçün də ən əlverişli şərait yaradılıb. Ölkəmizin müxtəlif yerlərində olan bir çox xəstəxanalara koronovirus xəstələri yerləşdirilib. Bunlar dövlət tərəfindən ölkə vətəndaşlarının sağlamlığı üçün atılmış mühüm addımlardır.

Möhtərəm Prezident, Sizin tərəfinizdən operativ olaraq görülən qabaqlayıcı tədbirlər, ölkəmizdə inşa edilən ən müasir “Yeni klinika”, əhalinin sağlamlığının qorunması məqsədilə gördüyümüz işlər Azərbaycan gəncləri tərəfindən bəyənilir və təqdir edilir. İnanıram ki, Sizin gördüyünüz tədbirlər nəticəsində xalqımız COVID-19 bəlasından qurtulacaq. Bu mübarizədə birlik, həmrəylik qələbə çalacaq” – deyə o, fikirlərini tamamlayır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər