Koronavirusla mübarizənin təşkilində erkən müalicənin əhəmiyyətinin böyük olması özünü göstərdi. Biz erkən aşkarlanmaya nail ola bilmişik.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib: "Xəstəxanalarda süni tənəffüs cihazına ehtiyacı olan ağırlaşmaların sayı azdır. Virus nə qədər erkən aşkarlansa, bu o qədər vəziyyəti yüngülləşdirir.
Xəstəxanalarda müayinə və müalicə dövlət tərəfindən təmin olunur. Tibbi müəssisələrdə heç bir tibbi cihaz qıtlığı yaşanmır".