16 Aprel 2020 12:00
358
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus testlərinin aparılması çox vacib məsələdir. Hazırda koronavirusla bağlı test çeşidləri çoxdur.

Teleqraf.com xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı TƏBİB-in mətbuat konfransında deyib:

"Azərbaycan test sayını sürətlə artırdı. Lakin əsas olan testin harada, necə aparılmasıdır. Hazırda 18 laboratoriyada testlər aparılır. Test saylarını artırdıqda, bir sıra çətinliklər ortaya çıxır. Bu səbəbdən testləri monitorinq nəzarətində saxlamaq lazımdır" .

Ramin Bayramlı əlavə edib ki, Azərbaycandakı testlər Almaniya istehsalıdır, ÜST-ün təsdiqindən keçib: "Çox test aparılmasına baxmayaraq, yoluxmanın azlığı görülən tədbirlərin nəticəsidir. Testlər bütün ölkəni əhatə edir.

Yaxın zamanda Şəki və Sumqayıt şəhərlərində laboratoriyalar istifadəyə veriləcək Analizləri təcili yardım əməkdaşları aparır".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər