18 Aprel 2020 11:39
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi mayın 10-dan orta ümumtəhsil müəssisələrində təhsil alan yuxarı sinif şagirdləri üçün tədrisin başlanılacağı barədə yayılan məlumatlara münasibət bildirib.

Teleqraf.com-un xəbərinə görə, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, mayın 10-dan yuxarı sinif şagirdləri - yəni 9, 10 və 11-ci sinif şagirdləri üçün orta məktəblərdə tədrisin başlanılacağı barədə hər hansı qərar verilməyib:

"Təhsil Nazirliyində belə bir məlumat yoxdur. Bu barədə qərarın verilməsi haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir. İnsanları yalnız rəsmi mənbələrin məlumatlarına inanmağa çağırırıq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər