1 Oktyabr 2014 00:05
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

QOÇ - Planetlərin bürcünüzdəki neqativ düzümü səhhətlə bağlı müəyyən problemlərə yol aça bilər. Odur ki, istirahətə daha böyük yer ayırın. Bu gün riskli pul sövdələşmələrindən uzaq olun.

BUĞA - Bu gün istənilən məsələdə risk etmək sizə zərər verə bilər. Odur ki, hansısa addımı atmazdan qabaq yüz ölçüb bir biçin. Müştərək fəaliyyətə başlamaq üçün saat 16-19 arasından yararlanın.

ƏKİZLƏR - Gərgin məqamlarla dolu olan bu təqvimi səbrlə başa vurmağa çalışın. Bütün vacib işləri təxirə salın. Axşam saatlarında isə yalnız sağlamlığınızla məşğul olmalısınız.

XƏRÇƏNG - Nə qədər sadə görünsəniz, ulduzların yanında hörmətiniz də bir o qədər çox olar. Sizə ehtiyac duyanlara kömək göstərin. Saat 16-dan sonra riskli işlərə aludə olmayın.

ŞİR - Ən başlıcası özünüzü mübahisədən qorumaqdır. Bunu bacarsanız, narahatçılığınız olmayacaq. İşgüzar sövdələşmələrdə iştirak etmək, problemləri birgə həll etmək üçün uğurlu məqamdır.

QIZ - Havalar nə qədər dəyişkən olsa da, fəaliyyətinizə ara verməyin. Çünki bütün astroloji qaynaqlar bu təqvimdə uğurlu karyeraya yetişmək şansınızdan xəbər verir. Təşəbbüskarlığı əldən verməyin.

TƏRƏZİ - İşlə bağlı yeniliklər yolunuzu gözləyir. Bu istiqamətdə sizə dəstək verənlər də tapılacaq. Günün ikinci yarısında birgə fəaliyyət planları haqqında bir daha götür-qoy etməyə dəyər.

ƏQRƏB - Bütün vacib işlərinizi saat 16-ya qədər yekunlaşdırın. Əgər bu proses sonrakı müddətə qədər uzansa, münaqişəli situasiyalara cəlb oluna bilərsiniz. Qazanmaq ehtimalınız böyükdür.

OXATAN - Çoxları üçün təlatümlərlə dolu olan bu təqvim sizin üçün daha çox maddi cəhətdən uğurlu keçməlidir. Gözləmədiyiniz istiqamətlərdən yeni iş təklifləri də ala bilərsiniz.

OĞLAQ – İxtiyarınızda olan bu təqvimi sakit tərzdə başa vurmağa çalışın. Özünüzü gərginliyə sürükləməyin. Nəzərə alın ki, səhər saatlarından mənfi enerjili Ay bürcünüzdə qərar tutub.

SUTÖKƏN - Ailə-sevgi münasibətlərində vəziyyət qənaətbəxş olsa da, həmkarlarınızla aranızda soyuqluq yarana bilər. Bu amili nəzərə alıb verdiyiniz hər sözə əməl etməyə çalışın. Kimisə aldatmayın.

BALIQLAR - Əsas diqqəti fəaliyyətə yönəldin. Bəzi üzdəniraq dostlarınızla sonrakı münasibətləri konkretləşdirin. Xəyanəti bağışlamadığınız kimi, özünüz də etməyin. Uzaq yola çıxmayın.


Müəllif:

Oxşar xəbərlər