23 Aprel 2020 13:00
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus pandemiyası dünya iqtisadiyyatında böhranı sürətləndirib. Proqnozlara görə, dünyada bir sıra istehsal sahələrinin fəaliyyətləri dayanacaq və 56 milyondan çox insanın işsiz qalacağı bildirilir. Təbii ki, Azərbaycan da dünyanın bir parçasıdır və bunun ölkə iqtisadiyyatımıza da mənfi təsirləri var. Azərbaycan dövləti cənab prezidentin tapşırığı ilə hər zaman olduğu kimi, qabaqlayıcı tədbirlər görür və pandemiyanın iqtisadiyyatımıza mənfi təsirlərini minimuma endirilməsi üçün addımlar atılır.

Bunu Telerqaf.com-a açıqlamasında millət vəkili Azər Badamov deyib. O, koronavirus pandemiyasının daha çox özəl biznes strukturlarının fəaliyyətinə mənfi təsir göstərdiyini bildirib:

"Tətbiq olunmuş xüsusi karantin rejimi bir sıra sahələrin fəaliyyətlərini dayandırıb, fəaliyyətinə icazə verilən sahələrdə də iqtisadi fəallq azalıbr. Ona görə də cənab prezident qeyri-neft strukturuna dövlət dəstəyinin göstərilməsi ilə əlaqədar xüsusi proqramın hazırlanması barədə tapşırıq verib. Nazirlər Kabinetinin yanında yaradılan işçi qrup özəl sektorun iqtisadi fəallığının bərpa edilməsi üçün dövlət dəstəyi göstəriləcək sahələr müəyyənləşdirib. Bu, birbaşa biznes strukturlarına maliyyə, əmək haqların ödənilməsinə və bank kreditlərinin ödəniilməsinə dövlət dəstəyinin göstərilməsi, habelə vergi güzəştlərin tətbiqindən ibarətdir. Vergi güzəştlərinin tətbiqi Vergi Məcəlləsində dəyişikliklər edilməklə 1 yanvar 2020-ci ilə kimi sahibkarlıq subyektlərinin vergi yükünün azaldılmasına xidmət edir".

Tətbiq olunacaq vergi güzəştlərinin üç istiqamətdə müəyyənləşdirildiyini bildirən Azər Badamov, bunun ölkədə biznesində iqtisadi fəallığın qorunmasına xidmət edəcəyini qeyd edib:

"Güzəştlər sahibkarlıq subyektlərinin bir il ərzində torpaq və əmlak vergisindən azad olunmasına, mənfəətin 75% vergidən azad olubnmasına, sadələşdirilmiş verginin 50%-ə endirilməsinə, bəzi ərzaq və tibbi məhsullarının idxalının ƏDV-dən azad olunmasına hesablanıb. Vergi Məcəlləsində nəzərdə tutulmuş vergi güzəştləri və tətilləri çox müsbət addım hesab edirəm və bu, postpandemiya dövründə sahibkarlıq strukturlarına öz fəaliiyətlərinin bərpasına imkan verəcəkdir. Dövlətin məqsədi çətin dövrdə sahibkarlara dəstək verməklə koronavirus pandemiyasının qeyri-neft sektoruna mənfi təsirlərini minimuma endirməkdən ibarətdir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər