Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzləri və poliqonlarda tank əleyhinə bölmələr ilə döyüş atışlı təlim məşqləri keçirilir.
Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Şəxsi heyət ərazidə açılma və atəş mövqelərinin tutulması, hədəflərin aşkar edilməsi, atəşin korrektə edilməsi, eləcə də atəş mövqelərinin çevik dəyişdirilməsi üzrə normativləri yerinə yetirirlər.
Tank əleyhinə bölmələr həmçinin şərti düşmənin zirehli texnikasını təqlid edən hədəflərə döyüş atışları icra edir.