30 Aprel 2020 12:19
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda Hava hücumundan müdafiə (HHM) bölmələrinin məşqləri keçirilir.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, məşqlərin keçirilməsində əsas məqsəd bölmələrin şəxsi heyətinin zenit-raket komplekslərinin (ZRK) idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsidir.

Məşqlərdə döyüş heyətləri “İldırım” ZRK-nin start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativləri icra edirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər