5 May 2020 17:14
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan dünyanın bir parçasıdır və ölkəmizdə də koronavirusla bağlı tədbirlər görülür.

Teleqraf.com xəbər verir ki, bu sözləri Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının üzvü Ziyad Səmədzadə Operativ Qərargahın brifinqində deyib:

"Dövlət başçısının iştirakı ilə iclas keçirilib və bildirib ki, ölkəmizin koronavirusla mübarizə üçün kifayət qədər potensialı var. Mən təşəkkür edirəm ki, sizlər bu mübarizədə fəal iştirak edirsiniz.

İctimai Nəzarət Şurasının yaradılması böyük hadisədir. Qloballaşan dünyada bu tip bəlaların meydana gəlməsi adi hala çevrilib və qabaqlayıcı tədbirlər həyata keçirilməlidir.

Azərbaycan bu mübarizədə müsbət nəticələr əldə edib. Bu, Azərbaycan prezidentinin qabaqlayıcı tədbirləri, dövlətin iqtisadi gücü, səhiyyənin hesabınadır. Azərbaycan bu fondu yaratmaqla Koronavirusla Mübarizənin mühüm istiqamətlərini nəzərdə tutub. Bu fond kifayət qədər şəffaf fonndur.

Əmin ola bilərsiniz ki, fonda toplanan vəsaitlərin hər manatının üzərində ciddi nəzarət olacaq. 11 mindən çox insan fonda öz dəstəyini verib".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər