6 May 2020 23:57
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlərdə sosial şəbəkələrdə krantin müddətində boşanmaların sayının artması barədə paylaşımlar çoxalıb. Məlumatın nə qədər həqiqətə uyğun olduğunu öyrənmək üçün, hüquq müdafiəçisi İradə Cavadovanın fikirlərini öyrəndik.

İrada Cavadova Teleqraf.com-a açıqlamasında bildirib ki, bu məlumat əsassızdır: "Hesab edirəm ki, bu sadəcə reytinq üçün yayılan informasiyadır. Karantində hamımız evdə oturmuşuq. Düşünmürəm ki, boşanmaların sayı artıb. 2 aya yaxındır ki, dövlət qurumları, məhkəmələr işləmirdi. Hazırda dövlət qurumları mayın 4-dən etibarən rayonlarda işləməyə başlayıb. Boşanmaların sayı bu bir neçə gündə arta bilməz. 2 aya yaxındır ki, işlər dayanmışdı".

O qeyd edib ki, Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərlərində məhkəmələrin 31 maydan sonra işləyəcəyi planlaşdırılır.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər