6 May 2020 18:48
1 489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən AzTV-də departament rəhbəri olaraq işimi davam etdirirəm. Dövlətim məni harada məsləhət bilirsə, orada çalışıram.

Bunu Kult.az-a açıqlamasında ötən gün Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri təyin edilməsi barədə məlumat yayılan Elnar Məmmədli deyib. O bildirib ki, sözügedən məlumatları o da mətbuatdan alıb:

“Bu gün AzTV-də kifayət qədər yüksək vəzifədəyəm və bu vəzifəni də başım üstə icra edirəm. Əgər mətbuatda yazıldığı kimi, Milli Məclisdə hansısa vəzifəni icra etmək təklifi gəlsəydi, təbii ki, onu da icra edəcəkdim. Amma məsləhət Ceyhun Əlidirsə, işlərində uğurlar arzulayıram. Burada əsas dövlətimizin mənafeyidir. Ötən gün mənimlə bağlı məlumatı da mətbuatdan oxumuşdum. Mənim üçün dəyişən bir şey yoxdur. Əsas ölkəmə xidmətdir”.

Qeyd edək ki, ötən gün Milli Məclisin mətbuat katibi vəzifəsinə Elnar Məmmədlinin gətirildiyi barədə məlumat yayıldı. Bu gün isə teleaparıcı Ceyhun Əlinin bu vəzifəyə təyinat aldığı elan edildi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər