13 May 2020 15:14
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat Nazirliyinə məxsus "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin rezidenti “Sumqayıt Texnologiyalar Parkı” MMC (STP) və "SmartHome" şirkəti dezinfeksiya tunelinin birgə istehsalına başlayıb.

Teleqraf.com nazirliyə istinadən xəbər verir ki, “Elsmart” brendi ilə istehsal olunan bu avadanlığın elektron sistemi "SmartHome", konstruksiyası STP-nin Elektrik Avadanlıqları Zavodunda hazırlanır.

Bu dezinfeksiya tunellərindən yalnız pandemiya dövründə deyil, həmçinin mövsümi bakteriya və virusların profilaktikası, habelə gələcəkdə yaranacaq yoluxucu xəstəliklərin qarşısını almaq üçün istifadə oluna bilər. Dezinfeksiya tunellərinin həm yerli, həm də xarici bazarlara satışı nəzərdə tutulur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər