Çimərliklərə icazə verilib-verilməməsi ümumi yumşalma mərhələsindən asılıdır.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.
O bildirib ki, çimərlik mövsümünün açılması sanitar-epidemioloji göstəricilərdən asılıdır.
Qurum rəsmisi əlavə edib ki, bulvar və parklara giriş bərpa olunsa da, müəyyən məhdudiyyətlər tətbiq olunacaq: "Bulvarda atroksionların fəaliyyəti bərpa olunmayacaq. Eyni zamanda 10 nəfərdən artıq insanın toplaşması qadağandır".
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı əlavə edib ki, bulvar ərazisində insanların hərəkətinə ciddi nəzarət tətbiq olunacaq.