Mart ayının sonundan Dənizkənarı Bulvar daxil olmaqla bütün parklara giriş dayandırıldı. Bu müddətdə bulvar ərazisindəki bütün iaşə obyektləri və bulvar özü dezinfeksiya olundu.
Teleqraf.com xəbər verir ki, bunu Dənizkənarı Bulvar İdarəsinin sədri İlqar Mustafayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib:
"Bulvar tarixi abidədir. Biz bunu nəzərə alaraq, mütəmadi olaraq mövsumu işləri bulvar ərazisində apardıq. Eyni zamanda lazım olmayan attroksionlar və iaşə obyektləri yığışdırıldı".
O qeyd edib ki, bulvarda 10 nəfərdən artıq insan gəzə bilməz: "Eyni zamanda iaşə obyektləri gigiyenik qaydalara riayət etməli, müştərilər sosial məsafəni qorumalıdırlar. Bulvar ərazisində xüsusi mühafizə xidməti var və nazirliyin çevik polis alayı da bu prosesdə kömək edəcək.
Bulvar atroksionlar, gəmilər, idman əyləncə qurğuları istifadəyə verilməyəcək. Biz qarşımızda qoyulan vəzifələri icra etsək, virusun öhdəsindən gələ bilərik".