Karantin elan olunmasından öncə Azərbaycanda yaşayan idmançılar təlim məşq toplantılarından, yarışlardan vətənə qayıdıblar. Karantin müddəti ərzində onlar evdə olublar.
Bunu Teleqraf.com-a açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.
O bildirib ki, federasiyalar tərəfindən nazirliyə mütəmadi olaraq idmançıların sağlamlığı ilə bağlı hesabatlar daxil olub:
"Nazirlik idman federasiyalarına ehtiyac olduğu təqdirdə testlərin götürülə biləcəyi və karantində saxlanmaları üçün hər cür şəraitin olduğu haqda məlumat verib. Bu günə qədər heç bir idmançının COVID-19 test nəticəsi ilə bağlı şübhəli məlumat daxil olmayıb".