Koronavirusun yayılmasının ekoloji layihə olması iddia səviyyəsindədir. Hələ ki öz təsdiqini tapmayıb.
Teleqraf.com xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.
O bildirib ki, pandemiyanın yayıldığı mərkəz bəllidir və dünyanın əksər ölkələri bu istiqamətdə araşdırmala aparılır: "Yəqin ki, yaxın gələcəkdə bu məsələ aydınlaşacaq".