Tibb işçiləri arasında 681 nəfər koronavirusa yoluxub. Bu, ümumi yoluxma hallarının 18 faizini təşkil edir.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, yoluxanların əksəriyyəti kiçik və orta tibb işçiləridir. 4 həkim vəfat edib:
"Baku Cteel Company şirkətində 86 nəfərdə, Sumqayıt filialında isə 12 nəfərdə yeni koronavirusa yoluxma halı qeydə alınıb. TƏBİB-in səyləri nəticəsində oradakı stabil göstəriciyə nəzarət etmək mümkün olub".