Aparılan tədqiqatlar insan beynini 7,5 il daha gənc saxlamağın mümkün olduğunu sübut edib. Bunun üçün hər gün qısa vaxt ayırıb, meditasiya ilə məşğul olmalısınız.
Teleqraf.com xəbər verir ki, nevropotoloq Eylin Luders tərəfindən aparılan tədqiqat, 50 yaşlı meditasiya edən bir qrup insanın beyin yaşının meditasiya etməyən həmyaşıdlarından 7,5 yaş kiçik olduğunu sübut edib: "Meditasiya beyin sağlamlığı üçün çox faydalıdır və beynin qocalmasını gecikdirir".
Bu prosesdə beynin yaşını ölçmək üçün yeni hazırlanmış və təsdiqlənmiş böyük skanerdən istifadə edirlər. Məsələn, altsheymer xəstəliyi olan insanlar yaşından 10 yaş böyük bir beyinə sahibdir.
Ancaq meditasiya edənlərdə bu rəqəmin əksi müşahidə olunur. Təxminən 50 yaşlı meditasiya ilə məşğul olan insanların beyni 42,5 yaş göstərir.