İTV-nin keçmiş əməkdaşına vəzifə verildi
İctimai televiziyanın keçmiş əməkdaşı bundan sonra “İzvestiya.az” saytında çalışacaq.
Publika.az xəbər verir ki, İctimai Televiziyanın Analitik Proqramlar Departament direktorunun keçmiş müavini Telman Məmmədli “Teleqraf” MMC-ya daxil olan “İzvestiya.az” saytının baş redaktoru təyin edilib.
Xatırladaq ki, T. Məmmədov İTV-də uzun müddət efirdə olan "Odlar yurdu-Azərbaycan" beynəlxalq telekörpüsünün müəllifi və aparıcısı olub. Hazırda Prezident yaninda Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq Münasibətlər və Xarici Siyasət kafedrasının doktorantıdır.
Qeyd edək ki, Telman Məmmədov “İzvestiya.az” saytına baş redaktor təyin edilməzdən öncə Axar.az saytının şöbə redaktoru vəzifəsində çalışırdı.