29 May 2020 12:11
1 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVİD-19 virusuna qarşı vaksin 2021-ci ilə kimi hazır ola bilər.

Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə "Pfizer" əczaçılıq şirkəti çıxış edib.

Bildirildiyinə görə, bu məsələdə ən çətin məqam pandemiyanı sona çatdırmaq üçün 15 milyard doz vaksin istehsal etməkdir.

Şirkətin direktoru Albert Burla peyvəndin ilin axıranacan hazır olacağına ümid nümayiş etdirib: "İşlər qaydasında getsə, ulduzlar uyğun göstərsə, bu ilin oktyabrına qədər vaksinin təhlükəsiz və effektivliyinə dair kifayət qədər dəlilimiz olacaq".


Müəllif: Mahir

Oxşar xəbərlər