3 İyun 00:26

Ötən gün Azərbaycanda koronavirusla bağlı 6968 test edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə TƏBİB-in bu günə olan statistikasında qeyd olunub.

Ümumi test sayı 309 min 901-ə yüksəlib. Ümumi yoluxma faktı 5935-dir. İndiyədək Covid-19-dan 71 nəfər dünyasını dəyişib, 3564 nəfər isə sağalıb. Aktiv xəstələrin sayı 2300-dür. 95 nəfər reanimasiyada, 14 nəfər süni tənəffüs aparatındadır.

Qeyd edək ki, bu gün Azərbaycanda 273 nəfər koronavirusa yoluxub, 3 nəfər isə dünyasını dəyişib.


Müəllif: Teleqraf.com