3 İyun 2020 15:15
1 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunun bir qrup ziyalısı hüquq elmləri doktoru, professor İlham Rəhimova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin koronavirusla mübarizə çağırışına dəstək verdiyinə görə təşəkkür məktubu göndəriblər.

Həmin məktubda bildirilir ki, dünyanı başına götürmüş və yüz minlərlə insan ölümünə səbəb olmaqda davam edən CORONA-19 virusunun törətdiyi bu bəşəri bəla vətənimiz Azərbaycandan da yan keçməyib. “İnsanların varlığına təhlükə yarandığı bu ağır günlərdə eloğlanlarımız - iş ortaqlarınız Qot Nisanov və Zarax İliyevlə birlıkdə doğma xalqımızı düşünməyınız və təhlükəsizliyinin qayğısında olduğunuzu əməli fəaliyyətinizlə nümayiş etdirməyinizdən qürür duyduq. Sizin ölkə Prezidentinin müraciəti əsasinda Koronavirusla Mübarizə Fonduna 2 milyon manat həcmində maddi vəsait köçürdüyünüzdən, əlavə olaraq ölkəyə müasir avadanlıqlarla təhciz olunmuş 10 ədəd təcili tibbi yardım ambulansları hədiyyə etdiyinizdən hədsis dərəcədə məmnun olduq. Biz bu addımlarınızı belə ağır və çətin günləridə xalqımıza və vətənimizə olan sevgi və diqqətinizin bariz nümunəsi hesab edirik”-deyə Tovuzlu ziyalılar qeyd edirlər.


Müəllif: Teleqraf.com