4 İyun 2020 14:31
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunacaq.

Teleqraf.com xəbər verir ki, qərara uyğun olaraq Dövlət İmtahan Mərkəzinin 6 və 7 iyunda keçirilməsi nəzərdə tutulan imtahanlar müvafiq olaraq 10 və 11 iyunda keçiriləcək.

Yəni iyunun 6-da imtahanda iştirak etməli olan şəxslər iyunun 10‑da, iyunun 7-də imtahanda iştirak etməli olan şəxslər isə iyunun 11-də imtahan verəcəklər.

İmtahan keçiriləcək şəhər və rayonların ardıcıllığı, imtahanın başlanma saatı və imtahan iştirakçısının buraxılış vərəqəsində göstərilən binaya gələcəyi vaxt olduğu kimi qalır.

“İmtahana buraxılış vərəqəsi” çap etmiş şəxslərin yenidən buraxılış vərəqəsi çap etməsinə ehtiyac yoxdur.

.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər