6 İyun 2020 12:38
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Toyota Motor İstehsalat Türkiyə”nin Sakaryadakı zavodu yenidən fəaliyyətə başlayır.

Teleqraf.com xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar bütün lazımı tədbirləri görən şirkət istehsal gücünü artırmaq və işçi qüvvəsini dəstəkləmək üçün qarşıdakı aylarda təxminən 800 yeni iş yeri təmin edəcək.

Şirkətin baş direktoru Toshihiko Kudo bildirib ki, peşə təhsili kursunda iştirak etmək istəyən namizədlər arasında kişilərə üstünlük veriləcək.

O, təlim proqramları vasitəsilə yeni işə qəbul olunanların 3 aydan 6 ay arasında əmək haqqı ödəməsi təşviqindən də faydalanacağını bildirib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər