9 İyun 2020 18:00
396
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Həssas qruplardan olan tələbəyə imkan veriləcək ki, təhsil haqlarının ödənilməsi ilə bağlı sənədlərini iyunun sonuna qədər aidiyyəti üzrə təqdim etsinlər”.

Teleqraf.com xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov həssas qruplardan olan tələbələrin təhsil haqlarının ödənilməsi ilə bağlı deyib.

O xatırladıb ki, sənəd qəbulu iyunun 10-u başa çatır: “Məqsədimiz son tarixlə prosesi yekunlaşdırmaq deyil. Bizdə olan məlumatlar təsdiqini tapmırsa, ayın sonuna kimi məlumatları dəqiqləşdirsin, sənədlərin tamlığına diqqət edilsin. İstəyimiz süründürməçilik olmadan rahat şəkildə məsələnin həllini tapmasıdır”.

Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı və statistika şöbəsinin müdiri Nərgiz Səfərova isə deyib ki, həssas qrupdan olan tələbələr sentyabr ayından başlayaraq dekabrın əvvəlinə kimi növbəti semestr üçün yenidən sistem vasitəsilə müraciətlərini yerləşdirə bilərlər.

Nazirlik rəsmisi vurğulayıb ki, ödənişlərlə əlaqəli yenidən müraciət edilməlidir: “Çünki tələb olunan şərtlərdə dəyişiklik ola bilər. Misal olaraq, valdiyenlərdən biri ilk müddətdə işsiz olub sonradan iş tapa və ya əksi ola bilər”.

Qeyd edək ki, bu günədək elektron portalda bakalavriat səviyyəsində təhsil alan 18 252, magistratura səviyyəsində təhsil alan 1 061, ümumi orta təhsil bazasından orta ixtisas təhsili alan 2 547, tam orta təhsil bazasından orta ixtisas təhsili alan 1 939 və peşə təhsili pilləsində təhsil alan 424 nəfər öz ərizələrini təsdiq edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər