Son həftələrdə yoluxma və ölüm sayları gündəlik olaraq artır.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu günükü brifinqində deyib:
"Bu, sanitar epidemioloji vəziyyətdə ciddi pisləşmə olduğunun göstəricisidir. Yoluxma saylarının artması karantin rejiminin yumşaldılması ilə əlaqədardır.
Lakin, açıq və qapalı məkanlarda maskalardan istifadə edənlərin sayı artıb. Bu gün Operativ Qərargah və TƏBİB üçün vətəndaşların bu dəstəyi çox vacibdir. Gəlin qaydalara riayət edərək karantin rejiminin yumşaldılmasına gedək".