11 İyun 2020 17:32
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Operativ Qərargahın zamanında verdiyi qərar əsasında uçuşların bərpası qərarlaşdırılıb.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib:

"İlk uçuş 15 iyun 00:00-da Bakı-Naxçıvan istiqamətində baş tutacaq. 106 yer ayrılsa da, 100 yer satışa çıxarılacaq.

Əgər uçuş zamanı hansısa sərnişində virus aşkarlanarsa, təyyarənin arxa sırasında əyləşdirilib, respirator maska ilə təmin olunmalıdır.

O əlavə edib ki, sərnişinlərin hava limanında və səyahət zamanı davranış qaydalarının əyani nümayişi üçün hava yolları gəmisi tərəfindən videoçarx hazırlanıb.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər