12 İyun 2020 17:46
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya dövründə ikinci dəfə sərt karantin rejimi tətbiq olunacaq.

Teleqraf.com xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev Operativ Qərargahın bu günkü brifinqində eyib:

"Məqsəd 2 gün də olsa insanların təmasını minimuma endirməkdir. Həftə içi də təması azaltmaq lazımdır. Əsas məsuliyyət insanların üzərinə düşür. Nəzərə alaq ki, son zamanlarda yoluxma və ölüm halları artır. Üstəlik, bəzi insanlar ev şəraitində müalicəyə cəhd edərək, başqa insanların yoluxmasına şərait yaradır. Vəziyyət hələ ki kontrolaltındadır. Lakin qaydalara riayət etməliyik".

O əlavə edib ki, bu istiqamətdə modul tipli xəstəxanalar istifadəyə verilib: "Vətəndaşları anlayışlı olmağa çağırırıq. Biz bu problemi birlikdə həll edə bilərik. Sonrakı atılan addımlar gündəlik yoluxma halları və ölüm sayına əsasən qəbul ediləcək".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər