18 İyun 2020 15:24
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda fəaliyyət göstərən 3 özəl klinikanın laboratoriyasında COVID-19 virusunun aşkarlanması məqsədilə test müayinələrinə başlanıb. Testlər həm yaxma nümunəsi götürülməklə, həm də qan analizi vasitəsilə aparılır. Qan müayinəsinin qiyməti təxminən 40-110 manat arasında dəyişir, PSR üsulu 100-130 manat civarındadır.

Professor Adil Qeybulla Teleqraf.com-a açıqlamasında bildirib ki, qiymətlər baha olduğundan çox adam test üçün müraciət etməyəcək:

"Koronavirus testləri xüsusi dövlət xəstəxanalarında pulsuz olmalıdır və hazırda pulsuzdur. Özəl sektorda isə qiymət təyin olunan zaman əhalinin büdcəsi nəzərə alınmalıdır. Yəni testlərə maksimum 30 manat aralığında qiymət qoyula bilər. Bəlkə də bu qiymətlər testin alınma qiymətindən asılıdır.

Təbii ki, dövlətin özəl sektorun işinə müdaxilə etmək ixtiyarı yoxdur. Amma özəl sektor özü də bazarda olan rəqabətə görə qiyməti tənzimləyir. Bu testləri əhaliyə əlçatan qiymətə təşkil etmək lazımdır ki, istənilən adam testdən keçə bilsin. Özəl xəstəxanalar da maraqlı olmalıdırlar ki, səhhətindən şübhələnən şəxslər yoxlamadan keçsinlər.

Belə olsa, xəstələri aşkar etmək daha tez başa gələr. Əks halda, testlərin aparılması yalnız TƏBİB-in nəzarətində olsa, prosesin gedişatı çətin olacaq".

Adil Qeybulla bildirib ki, TƏBİB testləri pulsuz şəkildə vətəndaşlar üzərində tətbiq edirsə, bu prosesi yenə davam etdirməlidir: "Ən azı testləri özəl xəstəxanalara ucuz qiymətə paylaya, onlar da müəyyən qədər öz faizlərini testlərin üzərinə qoyaraq, münasibət qiymətlə tətbiq edə bilərlər".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər