18 İyun 2020 19:13
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Son iki həftədə tətbiq olunan məhdudiyyətlər əksər insanlarda normal qarşılandı".

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Lakin hələ də vəziyyətə barmaqarası baxan vətəndaşlarımız var. Paralel olaraq hələ də simptomlu vətəndaşlar digərlərini yoluxdurmaqda davam edir. Yas mərasimlərində, ictimai nəqliyyatda kütləvi yoluxma halları qeydə alınır".

O bildirib ki, vəziyyəti kifayət qədər ağır olub, lakin test nəticələri neqativ çıxan xəstələr də var: "Bu onların vəziyyətinin ağırlaşması və yuxarı tənəffüs yollarında test nəticəsinin neqativ olması ilə əlaqədardır. O xəstələr COVID-19 üçün ayrılmış xəstəxanaların xüsusi mərtəbələrində və digər xəstəxanaların infeksion şöbəsində yerləşdirilib".

Ramin Bayramlı əlavə edib ki, əldə edilən materialların nəticəsi göstərib ki, daxildən alınan test nəticəsi pozitiv çıxır: "Bu xəstələrdə çox qısa müddət ərzində 2-3 günün içində xəstəliyin inkişafının şahidi olmuşuq. Aparılan müşahidələr göstərir ki, virus insan qanın laxtalanmasına çox ciddi təsir göstərir. Paralel olaraq orqan zədələnməsi, həyati təhlükələr yaradır".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər