20 İyun 2020 11:55
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus yeni xəstlik olduğu üçün ona yenidən yoluxmanın mümkün olub-olmadığına dair suala cavab vermək çətindir.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Belə halları aşkarlamaq üçün seroloji testlərin aparılmasına başlamışıq. Lakin koronavirusa yoluxub sağalan insanların qorunması daha vacibdir. Mənim yaxınlarım arasında da xəstəliyi çox ağır keçirənlər olub. Bu insanlar özlərinə xüsusi diqqət edib özlərini qorumalıdırlar. Bu, hər bir pnevmoniya xəstəsinə aiddir".

Yaqut Qarayeva qeyd edib ki, xəstə sağalıb evə getdikdən sonra bütün təlimatlar ona izah olunur və onlara 21 gün ev karantini tövsiyə edilir.

O, vətəndaşlara müraciət edərək, xəstə yanına getməməyi tövsiyə edib:

"Bəzən kiminsə koronavirus testi pozitiv çıxdığı halda onun yanına ziyarətə gələnlər olur. Rayonların birində xəstənin analizinin pozitiv olduğunu biləndən sonra qonşuları və qohumları ona dəyməyə gəliblər. Belə halların baş verməməsini xahiş edirik".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər