20 İyun 2020 12:03
460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rayon və şəhərə gedib-gəliş icazəsi olan şəxslərin hərarətinin postlarda ölçülməsi mümkündür.

Teleqraf.com xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Lakin bunu tibb mütəxəssisləri həyata keçirsə daha doğru olar. Hər halda hərarəti olan şəxslər bunu nəzərə alıb yola çıxmazlar. Hələ ki temperaturun ölçülməsi nəzərdə tutulmur.

Bu günə qədər xəstələrin dövrü müayinə və müalicəsi ilə bağlı arayışlar ən çox Siyəzən rayonunda verilib".

TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva əlavə edib ki, bu gün əsl vətənpərvər, xalqını sevən insan ölkəmizin çətin sınaq qarşısında olduğunu başa düşməlidir: "Bu gün xəstələri müəyyən etmək çətindir. Sərhədlərin bağlanması, karantin rejimindən hər birimiz əziyyət çəkirik. Bizim də evimizə gələ bilməyən yaxınlarımız çoxdur. Qısa qapanma günlərində biz təması azaltmaq istəsək də, vətəndaşlar rayonlara axın etdilər və həmin rayonların əhalisi bu barədə bizə məlumat verdi".

O bildirib ki, bu vəziyyət hələ uzun müddət davam edəcək: "Sadəcə ətrafınızda olan xəstələrə baxın. Mənim yaxınlığımda ailəlikcə yoluxma halları çoxdur. Hazırda klastr şəklində ailədaxili yoluxmalar var. Bizim dediyimiz qapanmaları düzgün yerinə yetirmədiyimiz halda yoluxmaları artırırıq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər