İctimai iaşə obyektləri bağlansa da, çatdırılma xidmətinə icazə var.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Bu, istehsal aparan şirkətlərə də aiddir. Bunun üçün onlar icazə portalında qeydiyyatdan keçərək logistika xidməti göstərə bilərlər".
Ülvi Mehdiyev əlavə edib ki, test nəticəsi pozitiv çıxıb, evdə müalicə olunan şəxslər SMS icazəsi ala bilməyəcəklər.