Əvvəllər də suçiçəyi, qızılca, sarılıq xəstəliyi olan abituryentlər imtahanlara buraxılmırdı. Hazırda kim xəstədirsə, onlara şəfa diləyirəm. Biz çalışacağıq ki, xəstə olmayan insanları imtahana daxil edək.
Teleqraf.com xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfarnsında bildirib.
Onun sözlərinə görə, bütün məzunlar attestat alacaqlar, indi imtahana qoşula bilməyənlər üçün sentyabrda imtahan olacaq: “İyunun 10-da imtahanların buraxılmayanların məsələsi bir həftə sonra həll olunacaq, onlar bizə ərizə yazırlar. Çalışacağıq ki, xəstə olan insanlar sağaldıqdan sonra bu məsələ həll olunsun”, – deyə Məleykə Abbaszadə bildirib.
DİM sədri bildirib ki, imtahan zalları qarşısında həkimlər olur və onlar abituryentlərin sağlamlıq durumunu, onlarda hansısa simptomların olub-olmadığını yoxlayırlar:
“Xəstə insan imtahana gəlməməlidir. İmtahana buraxılmayanların sayı heç 30-40 nəfər deyil. Onların vəziyyətini bir neçə dəfə yoxlayırıq. Təkcə o uşaqların deyil, imtahanda prosesində iştirak edən müəllimlərin, digər şagirdlərin vəziyətini nəzərə alırıq. Xahiş edirik ki, xəstəliyi olanlar imtahana gəlməsinlər. Sentyabrda yenə də imtahan olacaq və siz attestat ala biləcəksiniz”.