Milli Məclisin deputatı Sahib Alıyev Feysbuk səhifəsində koronavirusa yoluxduğunu yazıb.
Teleqraf.com-un xəbərinə görə, o, özünü virusdan qorumağa çalışdığını qeyd edib:
"Nə qədər özümü qorumağa çalışsam da, çox təəssüf ki, mən də koronavirusa (COVID-19) yoluxdum. Sizin hər birinizə sağlıq arzulayıram və ümid edirəm ki, insanların daha çox getmək məcburiyyətində qaldıqları obyektlərdəki vəzifəli şəxslər virusun bu dərəcədə geniş yayılmasının qarşısını almaq üçün, nəhəyət, gərəkənləri edəcəklər".