Azərbaycanda 37 yaşlı boksçu koronavirusdan vəfat edib və bu xəbəri eşidən anasının ürəyi dayanıb.
Teleqraf.com xəbər verir ki, koronavirusa görə xəstəxanada müalicə alan Ramin Qurbanov mübarizənin 9-cu günündə vəfat edib.
Ramin öz doğum günündə həyatını itirib. Sosial şəbəkədə dostları onu təbrik ediblər. Bəzilərinin onun ölümündən sonradan xəbəri olub. Dostları Raminin ölüm xəbərinə anasının ürəyinin dözmədiyini və vəfat etdiyini də qeyd ediblər.
Ramin Qurbanov satış sahəsində fəaliyyət göstərsə də, peşəkar boksla məşğul olub, daim sağlam həyat tərzi keçirib.