"Özünü qoru, çevrəni xilas et" adlı Media Hərəkatı təqdirəlayiq bir addımdır.
Bunu Teleqraf.com-a “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz jurnalist İradə İbrahimovanın başlatdığı Media Hərəkatına münasibət bildirərkən deyib.
O bildirib ki, bu təşəbbüs virusun yayılmasını əhəmiyyətli dərəcədə azalda bilər:
“Yaxınlarımızı, çevrəmizi xilas etmək üçün özünüqoruma vasitələrindən istifadə edilməlidir. Hər kəs sosial məsafəni qorumalıdır. Cəmiyyətdə adi tibbi qaydaları öyrətmək üçün kimsə nəsə etməlidir. Əvvəllər çoxları virusa inanmadığını, bunun bir oyun olduğunu deyirdi. Sonra insanlar öz yaxın ətrafında virusun əlamətlərini gördülər".
Yunus Oğuzun sözlərinə görə, çevrə darala-darala gedir, virusa yoluxma artır: "İndi virusa inanmağa başlayıblar. İnsanlar maska taxmağı özlərinə qəbahət sayırlar.
Bu, ictimai təşkilat kimi yeni bir hərəkatdır və bura qoşulan hər kəs ətrafındakılara kömək etməlidir. Media Hərəkatı təqdirəlayiqdir və artıq çoxları da bu təşəbbüsə qoşulub”.