25 İyun 2020 17:39
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

TƏBİB-in istifadəyə yaralı bildiyi dərman vasitələri bütün tibb müəssisələrinə paylanılıb.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Biz evdə yalnız yüngül simptomlu və simptomsuz xəstələrin müalicəsinə çalışırıq. Bu xəstələrin hər hansı dərman vasitələrindən istifadəsi nəzərdə tutulmur. Qeyd edim ki, hazırda dünyanın heç bir ölkəsində xəstələyin tam müalicəsi yoxdur.

Xahiş edirəm ki, dərman preparatlarından həkim nəzarəti olmadan istifadə etməyin, bu, ciddi fəsadlara səbəb ola bilər".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər