Baş Prokurorluğun kollektivi Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.
Teleqraf.com-un məlumatına görə, təbrikdə deyilir:
"Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü Azərbaycanda ümumxalq bayramı kimi qeyd edilir.
Ulu öndər Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Silahlı Qüvvələr Günü münasibətlə Azərbaycan Respublikasının prokurorluq orqanlarının kollektivi adından xalqımızı, o cümlədən vətən naminə müqəddəs və şərəfli xidmət göstərən Silahlı Qüvvələrin şəxsi heyətini səmimi-qəlbdən təbrik edirik.
Əlamətdar gün münasibətilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti tərəfindən hazırlanmış videoçarx təqdim olunur".