25 İyun 2020 19:00
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaxtilə virus daha çox Avropada yayılırdı. İtaliya, İspaniya xəstəliyin mərkəzi idi.

Teleqraf.com xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Lakin indi Avropada azalma müşahidə olunur. Ətrafımızdakı qonşu ölkələrə baxsaq, əksəriyyətində sabitləşmə var. Hazırda ən yüksək artım Azərbaycandadır. Hansı ölkələrdə güclü tədbir görüldüsə, onlarda yoluxmalarda azalma müşahidə olundu".

O bildirib ki, ÜST-ün müşahidələrinə görə, ölkələrdə əhali tərəfindən tədbirlərə əməl edilməsə, karantin rejiminin sərtləşdirilməsi məsləhət görülür: "Hökümət əlindən gələni edir. Əgər ölkə daxilində xəstəliyə yoluxmada ciddi artım varsa, sərt qərarlar qaçılmaz olur".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər