6 İyul 2020 15:33
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusa yoluxanların müalicəsində istifadə olunan "hidroksiklorokin" və "lopinavir-ritonavir" dərmanlarının sınaqlarını dayandırıb. QİÇS-in müalicəsində də istifadə edilən bu dərmanların koronavirus xəstələrinin ölüm hallarını azaltmadığı bildirilib. Tənqidlərin mərkəzində olan təşkilat ay yarım əvvəl də oxşar qərar qəbul edərək geri addım atmışdı.

Teleqraf.com xəbər verir ki, bu sınaqlar ÜST tərəfindən 25 mayda dayandırılsa da, 3 iyun tarixindən yenidən tətbiq olunurdu.

Hazırda verilən qərarın necə rezonans doğuracağı sual altındadır.

Təşkilat səlahiyyətliləri bildiriblər ki, 24 saat ərzində dünyada 212 000 yeni koronavirusa yoluxma faktı qeydə alınıb və bu indiyədək ən yüksək göstəricidir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər