8 Oktyabr 2014 20:46
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviyanın sabiq prezidenti Valdis Zatlers və Estoniyanın sabiq dövlət başçısı Arnold Rüütel Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub.

Teleqraf.com-un Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbərinə görə, mərkəzin ofisi, fəaliyyəti ilə yaxından tanış olan eks-prezidentlərə təşkilatın həyata keçirdiyi son tədbirlər, yeniliklər, eləcə də gələcək planlar, xüsusilə, 2015-ci ildə keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıqla bağlı görülmüş işlər barədə məlumat verilib, bununla bağlı geniş müzakirələr aparılıb.

Xatırladaq ki, Qlobal Müştərək Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən təşkil olunur.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri olan hər iki sabiq prezident IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycanda səfərdə olub.

Səxavət


Müəllif:

Oxşar xəbərlər