Ucar rayonu, Qarabörk kəndində (rayon mərkəzindən 3 km aralı) "MACK" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyənləşdirilib ki, minik avtomobilinin sürücüsü və 4 nəfər sərnişin aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə 5 nəfərin cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.