Bölgələrdən hansısa xəstə göndərişlə paytaxtda müalicə almağa gələ bilir.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Çox önəmli olmadığı halda vətəndaşlara bölgələrə gedib-gəlməməyi tövsiyə edirik".
Yaqut Qarayeva onu da qeyd edib ki, respublikaya daxil olduğu istiqamətdən asılı olmayaraq bütün sürücülər test olunur: "İlk günlərdən bütün yükdaşımalar üzrə sürücülər mütləq şəkildə test edilir. Bu prosesə nəzarət var".