11 İyul 2020 01:16
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq edilib.

Teleqraf.com-un məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy və Göygöl rayonlarının ərazisində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan edilir.

Bununla əlaqədar bu gün saat 00:00-dan 13 iyul saat 06:00-dək qeyd olunan ərazilərdə ictimai nəqliyyat işləməyəcək.

İlk belə məhdudiyyət ötən həftəsonu - 4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək tətbiq edilib. Növbəti məhdudiyyət isə gələn həftəsonu - 18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək nəzərdə tutulur.

Qeyd edək ki, Operativ Qərargahın qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərləri və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy və Göygöl rayonlarında xüsusi karantin rejimi 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb.

Bununla əlaqədar Bakı metrosunun fəaliyyəti də 2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək dayandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər