12 İyul 2020 23:23
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 12-nə olan statistik göstəriciləri açıqlayıb.

Teleqraf.com xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 878 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 568 234 test aparılıb. Aktiv xəstə sayı 8 642 nəfərdir, onlardan 356 nəfər reanimasiyadadır, 58 nəfər isə süni tənəffüs aparatına qoşulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər